MENU
Əsas » Fayllar » TARİX » YENİ TARİX

Halloween
31.10.2013, 20:48
 


Bu gün dünyanın bir çox ölkələri Halloween bayramını qeyd edir.

Bes Halloween nədir ? Bu bayramın tarixini siz bilirsinizmi ?


Halloween qədim İrland və Şotland adət-ənələrini özündə yaşadan müasir bayramdır. Halloweenin tarixi müasir Böyük Britaniya və Şimali İrlandiya ilə bağlıdır. Oktyabr ayının 31-i "bütün müqəddəslərin günü" ərəfəsində qeyd olunur. Bu bayram ingilis dilli ölkələrin ənənəvi bayramı sayılsada bir bayram olaraq rəsmi qeyri iş günü olaraq bayram kimi göstərilmir. Halloween bayramını bu ölkələrdən əlavə qeyri  rəsmi olsada Böyük Britaniya və ABŞ-la yaxın münasibətdə olan Yaponiya, Sinqapur, Cənubi Koreya, Avstraliya kimi dövlətlərdə qeyd edir.

Oksford slovarının məlumatlarına inansaq orada ilk olaraq bu söz 16-cı əsrdə işlədilmiş Şotland sözü olub  All-Hallows-Even - Bütün müqəddəslərin günü sözünün qısa formada Halloween kimi göstərilmişdir. 

16-cı əsrdən etibarən 31 oktyabr günü qapı - qapı gəzib şirniyyat istəmək adət ənənəsi yaranmışdır. Həmin gün uşaqlar və böyüklər müxtəlif maskalar taxaraq qapı qapı gəzir insanların bayramlarını təbrik edir onun əvəzində isə onlardan yemək və xırda pul istəyirlər. Müxtəlif rollara girib müxtəlif qeyri adi geyimlərlə bəzənmək, əllərində "Cekin işıqlandırcısını" gəzdirmək adəti isə 19-20-ci əsrlərdən dəbə minmişdir. Alınan yemək və xırda pulun qarşılığında ev sahiblərinə müxtəlif əyləncələr təklif olunur. 

Bu bayramın bundan əlavə müxtəlif qədim tarixə malik simvollarıda vardır. Bunlardan misal olaraq balqabaqlardan hazırlanmış işıqlandırıcıları göstərmək olar. Bu fonarlar öz növbəsində ruhlara təmizlik yolunu göstərən rolunu oynuyur. Şotlandiyada isə bayramın rəmzi olaraq ağ turp götürülür. İlk işıqlı balqabaq 1837-ci ildə Amerikada yaradılmışdır.

Bayramın əsas simvolu isə "İşıqlandırıcı Cek" hesab olunur. Bu üz formasında düzəldilmiş içərisində işıq yerləşdirilmiş balqabaqdır.



Başqa bayramlarda olduğu kimi Halloween-ində özünə məxsus mahnısı mövcuddur. Bu mahnı Monster Mash adlanır.

YÜKLƏ-MP3

Категория: YENİ TARİX | Əlavə etdi: liman-209
Baxış: 428 | Yükləmə: 0 | Reytinq: 0.0/0
Komentlər: 0
Qeydiyyatdan keç.
[ Qeydiyyat | Giriş ]