Əsas » Fayllar » QADINLAR ÜÇÜN » KULİNARİYA |
Gürcü xəngəli
11.11.2013, 19:05 | |
![]() Gürcü xəngəli Gürcü xəngəli – resept. İstifadə olunan məmulatlar : Xəmir üçün: 3 st. un 1 st.su 1 yumurta duz İç üçün: 250 qr yağlı qoyun əti 200 qr mal əti 3 baş soğan qırmızı və qara istiot su,duz Hazırlanması: Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur. ![]() İç üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiotlat vurulur. Xəmir kiçik hissələrə ayrılır,kündələnir. ![]() Hər kündə yayılaraq içinə qiymə qoyulur. ![]() Böyük kündə yayıb şəkildəki kimi də kəsib içlərini doldura bilərsiniz.Xəmirin kənarı şəkildə göstərildiyi qaydada bükülür. ![]() ![]() Hazır xingəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bişirilir. NUŞ OLSUN ! | |
Baxış: 793 | Yükləmə: 0 | |
Komentlər: 0 | |