Əsas » Fayllar » MARAQLI » Maraqlı |
11.06.2018, 14:46 | |||||||||||||||
Orxon əlifbasıOrxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) — VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbası. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılmışdır.[1] Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanmış və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunmuşdur. KökləriVilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürür. Yazılı abidələri200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatmışdır.[3] VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur.[4] Əlyazma nümunələri isə Qədim Uyğur dilində yazılmışdır. Irk Bitig bunlardan biridir. QuruluşuQədim türk dili sinharmonik dil olduğu üçün qalın və incə saitlər ¹ və ² olaraq qeyd olunmuş hissələrə ayrılmışdır.
| |||||||||||||||
Baxış: 458 | Yükləmə: 0 | |
Komentlər: 0 | |